Qusar rayon Minəxür kənd sakinləri onları narahat edən məsələlərdən danışıblar.
Shimal.News məlumat verir ki, ən aktual problemlər sırasında içməli və suvarma suyunun çatışmazlığı, istismar müddətini başa vurmuş elektrik xəttləri və dirəklərinin yenilənməsi, kənd yollarının əsaslı təmiri, kənd məktəb binasının təmiri yer alır.
Bu məsələlər Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun rayonun Minəxür kənd sakinləri ilə səyyar qəbul-görüşü zamanı səsləndirilib.
Vətəndaşlar həmçinin özünüməşğulluq proqramlarına qoşulmaqda dəstək göstərilməsi, işlə təminat məsələləri və digər sosial-iqtisadi xarakterli mövzularla bağlı müraciətlərini ünvanlandırıblar.