“Qarabağ”ın qapıçısı Mateuş Koxalski sabiq klubu “Stal”ın (Melets) mətbuat katibi Mateuş Prokopiakın suallarını cavablandırıb.
Shimal.News məlumat verir ki, müsahibə zamanı Polşa təmsilçisi “Şahdağ Qusar”da karyerasına başlayan Şahruddin Məhəmmədəliyevdən danışıb:
“Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, heç kim kiməsə pislik etmək istəmir”.