1 noyabr 2025-ci il tarixində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə Qusar rayon birinciliyi keçirilib.
Shimal.News xəbər verir ki, yarışda müxtəlif yaş qrupları üzrə idmançılar qüvvələrini sınayıb, qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Qusar idmançıları təkcə yerli səviyyədə deyil, respublika və beynəlxalq yarışlarda da uğurlu nəticələr əldə edirlər.
Belə ki, 26 oktyabr - 1 noyabr tarixlərində Bakı şəhərində keçirilən Qol güləşi üzrə Dünya çempionatında çıxış edən qusarlı idmançılar müxtəlif yaş və çəki dərəcələri üzrə yüksək nəticələr qazanıblar.