top
Zaur Paşayev: “Qubada basketbola maraq göstərmirlər”
06 noyabr 2025, 17:52
- +

Zaur Paşayev: “Qubada basketbola maraq göstərmirlər”

İnanmaq çətindir, amma cəmi 15-20 il əvvəl bizim kişilərdən ibarət basketbol yığmamız var idi. Komanda kifayət qədər səviyyəli basketbol nümayiş etdirir və hətta I İslam Oyunlarında qalib gəlmişdi. İndi isə, artıq VI İslam Oyunları start götürərkən, yığmamız reytinqə əsasən yarışa vəsiqə qazana bilməyib. Niyə belə oldu? Üstəlik, son illərdə ölkəmizdə klub basketbolunun kifayət qədər fəal inkişaf etdiyini nəzərə alsaq, bu, bir qədər təəccüblüdür.

İdman.biz-in məlumatına görə, bu fikri Azərbaycan basketbolunun “qızıl dövrü”nün sonuncu nümayəndələrindən biri - hazırda “Quba” basketbol klubunun oyunçu-məşqçisi Zaur Paşayev müsahibəsində səsləndirib.

- Axı bizdə 10-12 il basketbol ümumiyyətlə yox idi... Rəqabətə davamlı yığma necə yaranmalı idi? Əvvəllər oynayanların çoxu artıq idmanı tərk edib, mən və Fuad Niftəliyev (2005-ci il komandasının digər üzvü, hazırda “Sumqayıt”da çıxış edir - red.) kimi hələ də meydandan uzaq düşməyənlər qalıb. Gənclər lazımi səviyyəyə çatana qədər hələ bir neçə il keçməlidir. Hələlik isə biz 20 il əvvəl qalib gəldiyimiz turnirə belə qatıla bilmirik - həm də həmin ölkədə. Axı I İslam Oyunları Məkkədə keçirilmişdi.

-Bu arada bizim qadın 3x3 basketbol komandamız hazırkı İslam Oyunlarının favoritlərindəndir. Halbuki, kişi komandası – sizin də iştirak etdiyiniz heyət - 2017-ci ildə Bakıda keçirilən İslam Oyunlarında bu növdə qalib gəlmişdi. İndi isə bizdə bu formatda da rəqabətə davamlı yığma yoxdur...

-O vaxt mən federasiya rəhbərliyinə bu basketbol növünü inkişaf etdirməyi dəfələrlə təklif etmişdim. Çünki o artıq Olimpiya Oyunlarının proqramına daxil idi... Amma, təəssüf ki, heç kim məni dinləmədi.

- Bəs necə oldu ki, Azərbaycan heç kimin gözləmədiyi halda ilk İslam Oyunlarında qalib gəldi?

- Biz özümüz də bunu gözləmirdik (gülür). Hətta favoritlər - Mərakeş yığmasını məğlub etdikdən sonra belə, maksimum yarımfinala çıxacağımızı düşünürdük. Qələbəyə yalnız İranda keçirilən yarımfinal görüşündən sonra inandıq – çox ağır oyun idi. Həmin qarşılaşmada hər şey son saniyələrdə həll olundu: Aleksandr Rındinin top qapmasından sonra mən topu səbətə göndərdim. Finalda isə artıq Əlcəzair yığmasını inamla məğlub etdik.

- Sonuncu sual. Bakıda basketbol oyunlarına böyük maraq var. Bəs bölgələrdə vəziyyət necədir? Məsələn, hazırda çıxış etdiyiniz Qubada azarkeş dəstəyi varmı?

- Bilirsiniz, müxtəlif bölgələrdə vəziyyət fərqlidir. Məsələn, klubumuz əvvəllər Cəlilabadda yerləşirdi və orada insanlar oyunlara mütəmadi gəlirdilər - həm də yüzlərlə. Ev oyunlarımızda demək olar ki, hər dəfə böyük azarkeş marağı olurdu. Amma Qubada, təəssüf ki, bu maraq yoxdur. Sadəcə, bu şəhərdə basketbola maraq göstərmirlər - vəssalam. Açığı, bu, mənim üçün çox üzücüdür. Axı biz tamaşaçılar üçün oynayırıq...

 

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər