Quba rayonunun Xanəgah kəndində işıq dirəklərinin qəzalı vəziyyətdə olması sakinləri narahat edir.
Məsələ ilə bağlı Shimal.News-a məlumata verən yerlilərin sözlərinə görə, taxta dirəklər çürüyərək əyilib və istənilən an aşıb təhlükə yarada bilər.
“Bəzi dirəklərin vəziyyəti o qədər acınacaqlıdır ki, onları dəmir halqalarla müvəqqəti bərkidiblər, amma bu da təhlükənin qarşısını almağa kifayət etmir.
Artıq 3 ildir bu vəziyyətdə yaşayırıq. Külək əsən kimi evdən çölə çıxırıq ki, dirəklər üstümüzə aşmasın. Dirəklərlə ev, tövlə və anbarlarımız arasında 2 metrə belə məsafə yoxdur", - deyə kənd sakinləri bildiriblər.
Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, konkret bir tədbir görülməyib.