Yeni ilə bir aya yaxın vaxt qalıb. Bu səbəbdən ölkə ərazisində yerləşən hotellər artıq 31 dekabr gecəsinə hazırlıqlarına başlayıblar.
Vətəndaşların şimal bölgəsində istirahətlərini planlamaları üçün ShimalNews Quba, Qusar və İsmayıllıda yerləşən hotelləri və istirahət mərkəzlərini təqdim edir:
Quba Palace Hotel
Bayram günlərində 2 günlük gecələmə üzrə dağ mənzərəli 2 nəfərlik delüks nömrələrə 660 AZN, göl mənzərəli 2 nəfərlik delüks nömrələrə 700 AZN ödəniş tələb olunur. “Junior suit” otaqları üçün isə 2 günlük qiymət 740 AZN-dir.
Şahdağ Hotel & Spa
Hotel bayram tətili ərəfəsi üçün 3 gecəlik xüsusi qiymətlər müəyyən edib. Qiymətlər müxtəlif hotellər üzrə 2 nəfərlik nömrələrdə 1230 AZN, 1320 AZN və 1630 AZN-dir.
Qiymətlərə şam yeməyi, bayram proqramı daxildir.
Ladera Resort Qusar
Yeni il paketi 2 nəfərlik təyin edilib. Bir gecəlik hoteldə yerləşmə haqqı 140 AZN təşkil edir. Qala yeməyi isə əlavə ödənişlə hər qonaq üçün 80 AZN-dir.
Qiymətə səhər yeməyi və istirahət mərkəzi ərazisində olan əyləncələr daxildir.
İsmayilli.resort.hotel
Bir gecəlik Yeni il təklifi burada 2 qonaq üçün 410 AZN-dir. Qiymətə Qala şam və səhər yeməyi, şou-proqram daxildir.
Su Meyilli Hotel & Spa
Dekabrın 31-dən və yanvarın 2-sinə qədər 2 nəfərlik hotel otaqları 600 AZN, 2 nəfərlik kotec 800 AZN və 4 nəfərlik kotec 1000 AZN təşkil edilir.
Qiymətlərə 5 dəfə yemək, Qala yeməyi və bayram proqramı daxildir.