Quba rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Shimal.News Xaçmaz Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Quba xətti adlanan orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmə "Təmiz Qaz" QSC tərəfindən yenisi ilə əvəz ediləcək. Bu səbəbdən Alekseyevka, Zizik, Dəlləkli və Vladimirovka kəndlərində 9 oktyabr saat 10:00-dan qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.
Qaz təchizatı dayandırılan müddətdə ümumilikdə 2142 abonentin qaz təminatında fasilə yaranacaq.