Siyəzən və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Shimal.News xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, Siyəzən XS-də istismarda olan 3-cü xətt d-108 mm-lik orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi ilə əlaqədar olaraq 05.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə kəndləri olmaqla ümumilikdə 668 abonentin qaz təchizatında fasilə yaranacaq.
Quba XS-nin Quba şəhərinin Qırmızı qəsəbə adlanan ərazisində ödəniş etmiş abonentin (abonent İsakov Rac Baazoviç) mənzilinin qarşısından keçən D/57 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq 05.06.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə 804 abonetin qaz təchizatında fasilə yaranacaq.