Quba XS-nin İsnovqışlaq kəndi istiqamətində istismarda olan D-219 mm-lik daşıyıcı qaz kəmərinin Nügədiqazmalar kəndi ərazisindən yeraltı keçən hissəsində “Təmiz Qaz“ QSC tərəfindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq 11.03.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.
Shimal.News xəbər verir ki, bu barədə “Azəriqaz” ASC məlumat yayıb.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Qaraçay, Nügədiqazmalar, Qəcərzeyid, Cağa-cug , Paşa-oba, Vəl-vələ, Pirvahid, İsnovqışlaq, Bərqov, Mirzəqışlaq, Talabıqışlaq və Küçeyi kəndləri olmaqla ümumilikdə 3007 abonentin qaz təminatında fasilə yaranacaq.
Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət edilməsi xahiş olunur.