Qubanın Gədikqışlaq və İdrisqışlaq kəndləri illərdir ki, mavi yanacaq üzünə həsrət qalıb.
“Baku” TV məlumat verir ki, sakinlərin sözlərinə görə, Azərbaycan SSRİ dövründən problem həllini tapmadığı üçün insanlar yaşayış məskənlərini tərk etmək məcburiyyətindədirlər.
“Ən azından kənddə 250 ev var. Meşə də tamamilə məhv olub, camaat qaz olmayanda işıqdan istifadə edir. İşıq dirəkləri də aşır”, - deyə kənd sakini Əfqan Əhmədov bildirib.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimayyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruq Məmmədzadə qurumun mövqeyini açıqlayıb:
“Qazlaşdırılma proqramı “Azəriqaz” İB-nin daxili maliyə imkanlarına uyğun olaraq, mərhələli şəkildə həyata keçirilir. Sözügedən İdrisqışlaq və Gədikqışlaq kəndlərinin qazlaşdırılması məsələsinə növbəti mərhələlərdə baxılacaq”.