Qubanın dağ kəndləri aprelin 16-dan başlayaraq elektrik təminatına həsrət qalıblar.
Shimal.News-un əldə etdiyi məlumata görə, elektrik enerjisinin verilişində yaranan problemlə bağlı Söhüb, Rük, Qarxun, Cimi, Haput, Cek, Əlik, Buduq, Qrız, Bostankeş, Xınalıq və digər kəndlərin sakinləri əziyyət çəkirlər.
Məlumat üçün bildirək ki, ötən həftə leysan yağış və sel nəticəsində yaşayış məntəqələrinin infrastrukturlarına ciddi ziyan dəyib. Hazırda bərpa işləri həyata keçirilir.