Quba rayonunun Alekseyevka kəndində sakinləri ikinci gündür ki, soyuqdan donurlar.
Bu haqda Shimal.News-a yerli sakinlər məlumat veriblər. Onlar bildirirlər ki, dünən Bədiyar Babayevə məxsus fərdi yaşayış evdə partlayış və ardınca yanğın olub. Sonra saat 9:20 radələrində mavi yanacağın təminatı dayandırılıb:
“Müvafiq qurum fikirləşmir ki, qışın oğlan çağıdır. Evində körpəsi, xəstəsi, məktəbdə oxuyanı olan insanlar var. Bütün Alekseyevka kəndi soyuqdan donur. Gün ərzində təmir işləri aparıb, qaz təminatını bərpa edə bilərdilər. Camaata əzab verirlər, amma özlərinin evinə gələn qaz kəsilməyib. İdarədən səbəbi soruşanda deyiblər ki, guya Bakıdan adam gəlməlidir. O, qəza yerin baxış keçirilməlidir. Yalnız bundan sonra bərpa təmir işləri görülməlidir”.
Vəziyyətdən çıxış yolu axtaran kəndlilər elektrik qızdırıcılardan istifadə etməyə çalışıblar. Lakin işıqların tez-tez sönməsi burada da onları məyus edib.
Hazırda kənd sakinlərinin dözülməz vəziyyəti davam edir.