Quba rayonunda bəzi vətəndaşların səhlənkarlığı ətraf mühitin çirkənməsinə, təbiətin zibillənməsinə səbəb olub.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, Barlı qəsəbəsində (poçtun arxası, klubun yanı) nəzərdə tutulmayan yerə atılan tullantıların qoxusu dözülməz həddə çatıb.
“Nəzarət yoxdur. Son 1 ayda buranı çox zibilləyirlər. Əvvəllər su kanalının yanındakı ərazi də bu vəziyyətdə idi. Amma yaxınlıqda müşahidə kamerası quraşdırıldıqdan sonra bu tip hallar kifayət qədər azalıb. Ətrafa yayılan qoxudan nəfəs almaq olmur”, - deyə vətəndaşlar bildirib.