Sabah Qubanın 5 kəndində qaz təminatında fasilə yaranacaq.
ShimalNews Xaçmaz Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar 30 sentyabr saat 10:00-dan təmir-bərpa və yeni qaz qurğularının quraşdırılması məqsədilə işlər aparılacaq.
Alekseyevka, Zizik, Timiryazev, Dəlləkli və Vladimirovka kəndlərində təchizatı dayandırılan zaman ümumilikdə 2752 abonent qazsız qalacaq.