Bir sutkaya yaxındır ki, Quba rayonunun Zərdabi qəsəbəsi və ətrafda yerləşən 10-a yaxın kənddə elektrik enerjisinin verilişinin fasilələr yaranıb.
Bu barədə sakinlər Shimal.News-a müraciət ediblər. Bildiriblər ki, son bir 1 həftədə elektrik enerjisinin verilişində fasilələr olurdu: “Amma bu gün demək olar ki, işıq olmayıb. Gün ərzində qısa müddətdə yanıb, yenidən sönüb. Bu bizim gündəlik yaşamımızı çətinləşdirib, hər yer qaranlığa qərq olub".
Sakinlərin bu barədə müvafiq qurumlara müraciəti isə müxtəlif bəhanələrlə izah edilib. Sakinlər yaranan problemin əsl səbəbini və nə vaxt aradan qaldırılacağını bilmək istəyirlər.