Qubanın Hacıqayıb kəndinin sakinləri içməli suyun olmamasından əziyyət çəkirlər.
Bu barədə Shimal.News-a sakinlər məlumata veriblər. Onların sözlərinə görə, ölkə başçısının sərəncamı ilə 2019-cu ildə kənd üçün artezian quyusu qazılıb. Lakin suyu cəmi bir sahibkar istifadə edir.
Sözügedən quyu kənddən bir qədər aralıda həmin sahibkarın bağ sahəsinin yaxınlığında yerləşir və yalnız ona “xidmət edir”.
Yüzlərlə sakin isə illərdir içməli suya həsrət qalıblar. Bu səbəbdən də onlar suyu pulla alırlar. Məsələ ilə bağlı müxtəlif qurumlara müraciətlər isə heç bir nəticə vermir.