Quba rayonunun Alekseyevka kəndində maraqlı, eyni zamanda narahatedici vəziyyət yaranıb.
Shimal.News-a daxil olunan məlumata görə, kənd küçələrinin birində demək olar ki, hər ev sahibi fərdi şəkildə lakin eyni istiqamətdə özünə qaz xətti çəkdirib.
Nəticədə küçədə yolun bir tərəfi zəbt edilib və avtomobil yolu daralıb.
Sürücülərin sözlərinə görə, küçədə iki avtomobilin eyni vaxtda hərəkəti mümkünsüzdür. Bu isə həm tıxaclara, həm də qəza riskinin artmasına səbəb olur. Xüsusilə axşam saatlarında və təcili yardım, yanğınsöndürən kimi iri nəqliyyat vasitələrinin hərəkəti zamanı vəziyyət daha da çətinləşir.
Sakinlər bildirirlər ki, bu məsələ dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırılsa da, problemin həlli istiqamətində addım atılmayıb.
View this post on Instagram