Quba rayonunun bir sıra kəndlərində hələ də elektrik enerjisinin verilişi bərpa edilməyib. Bu barədə Shimal.News-a şikayət daxil olub.
“Mən Quba rayonunun Dərk kəndində yaşayıram. Doqquz gündür işıqlarımız yanmır, mobil şəbəkə yoxdur”, - deyə kənd sakini şikayətində bildirib.
Məlumatda bildirilib ki, Yerfi, Talış və Dərk kəndlərində 50-dən çox işıq dirəyi aşıb. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər isə cavabsız qalıb.
Mövzu ilə bağlı qəzalı elektrik xətlərinin görüntülərini təqdim edirik: