Qubada tibb müəssisəsi qanın ümumi analizi xidmətini ödənişsiz həyata keçirir. Bu barədə ShimalNews 21 iyul tarixində məlumat verir.
Analizlər “Nord Hospital” tərəfindən götürülür. Bu təklifdən yararlanmaq istəyən şəxslər H. Əliyev prospekti 451D ünvanına müraciət edə bilərlər.
Əlaqə nömrələri: +994 51 619 24 44 və +994 77 619 24 44
Qanın analizi səhər saatlarında ac qarına, son qida qəbulundan 8 saat sonra verilməlidir. Eləcə də pasiyent 2 saat öncə siqaret çəkməməli, fiziki iş görməməlidir.