Quba şəhərində “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus məişət tullantılarını daşıyan avtomobillərin fəaliyyəti ciddi narahatlıq doğurur. Belə ki, şəhər daxilində hərəkət edən tullantı daşıyan avtomobillər təhlükəsizlik qaydalarına riayət etmədən fəaliyyət göstərir.
Shimal.News-a müraciət edən sakinlərin bildirdiyinə görə, bəzi hallarda avtomobilin yük yerindən yola bərk tullantılar tökülür. Bu isə arxadan gələn digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və qəza təhlükəsi yaradır.
Sürücülər qeyd edir ki, bu məsuliyyətsiz davranış nəticəsində yolda nəinki nəqliyyat axını pozulur, həm də piyadaların həyatı risk altına düşür.
Belə təhlükəli vəziyyətdə hərəkət edən avtomobillərin bəzilərinin arxa dövlət qeydiyyat nişanları yoxdur. Bu isə həmin nəqliyyat vasitəsinin müəyyənləşdirilməsini və hüquqi məsuliyyətə cəlb olunmasını çətinləşdirir.