Qubada İsnovqışlaq kəndinin yarısından çoxu hələ də mavi yanacaqla təmin edilməyib.
Shimal.News-la dərdlərini bölüşən sakinlər bildiriblər ki, qış aylarında zülm çəkirlər.
“Kəndin bəlkə yalnız 30 faizinə qaz çəkilib. Millət isinmək üçün odun yandırır. Bağı olan oradan ağac daşıyır, qalan insanlar 1 maşın üçün azı 300-400 manat verib odun alırlar”, - deyə vətəndaşlar bildirir.
Məsələ ilə bağlı müvafiq qurumun şablon cavabı isə artıq dillər əzbərinə çevrilib:
“Qazlaşdırılma proqramı “Azəriqaz” İB-nin daxili maliyə imkanlarına uyğun olaraq, mərhələli şəkildə həyata keçirilir. Sözügedən kəndin qazlaşdırılması məsələsinə növbəti mərhələlərdə baxılacaq”.
View this post on Instagram