Qubanın Timiryazev qəsəbəsində kanalizasiya quyuları təhlükəli vəziyyət yaradır.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, uzun zamandır qəsəbədəki lyukların qapaqları yoxdur.
Bu səbəbdən də xüsusən gecə saatlarında həm piyadalar, həm də avtomobillər dəfələrlə quyulara düşüblər.
Bundan savayı qapaqsız lyukların içərisinə zibil atılır və nəticədə kanalizasiya xətti tez-tez tutulur. Bu isə çirkab suların küçəyə axmasına və antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Sakinlər bildirirlər ki, bu məsələ ilə bağlı dəfələrlə Quba Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə, Quba rayon İcra Hakimiyyətinə və yerli icra nümayəndəsinə məlumat veriblər. Lakin problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Yalnız vətəndaşların öz vəsaitləri hesabına quyuların qapaqlarını bərpa etmək tövsiyə olunub.
Bundan əvvəl 2022-ci ildən başlayaraq məsələ redaksiyamız tərəfindən dəfələrlə güdəmə gətirilib. İllər ötməsinə baxmayaraq, müvafiq qurumlar tərəfindən tədbirlər görülməyib.

[caption id="attachment_67962" align="alignnone" width="640"]
Shimal.News[/caption]