Qubada gənclər üçün fotoqraflıq təlimi təşkil olunacaq. Bu barədə ShimalNews 11 aprel tarixində məlumat verir.
Fotoqrafiya sahəsinə həvəsi olan və bu sahədə inkişaf etmək istəyənlər fürsətdən yararlana bilərlər.
Təlimdə fotoqraflığın təməl texnikaları, işıq istifadəsi, kadrajlama və kompozisiya kimi mövzular yer alacaq. Eləcə də fərqli fotoqrafiya növləri haqqında bilgi, portret, “food”, mənzərə və uşaq fotoğrafçılığı kimi mövzular öyrədiləcək.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək və ustad dərsi təşkil olunacaq.
Tarix: 16 aprel, saat 12:00.
Məkan: Quba Asan Xidmət Təlim Mərkəzi.