Qubanın 2-ci Nügədi kəndində elektrik dirəyi insanlar üçün təhlükə saçır.
Bu haqda Shimal.News-a yerli sakinlər məlumat veriblər. Şikayətçilərin sözlərinə görə, H.Z.Tağıyev küçəsi, 6-cı məhəllə ünvaninda (Seyid Cəlaləddin məscidinin yaxınlığında) yerləşən dirək hər an aşa bilər. Dirəyin bünövrədən çürüməsi vəziyyəti daha da qəlizləşdirir.
Hazırda dirək elektrik xətlərinin hesabına yıxılmır. Amma güclü külək məsələni dəyişə bilər. Bununla bağlı müvafiq qurumlar tərəfindən heç bir tədbir görülməyib