Quba rayonunun Vəlvələ kəndində uzun illər kəndin su təminatında əsas rol oynayan artezian quyusu artıq fəaliyyət göstərmir.
Shimal.News-a müraciət edən yerli sakinlərin sözlərinə görə, artezian bir müddətdir ki, işləmir və bu, kənddə ciddi içməli və təsərrüfat suyu çatışmazlığına səbəb olub.
Onlar bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələlik heç bir nəticə yoxdur.
Vətəndaşlar mövcud vəziyyətin uzun müddət davam etməsindən narahatdırlar və artezian quyusunun təmir edilərək yenidən istifadəyə verilməsini gözləyirlər.