“Azəriqaz” İB rəhbərliyinin rəhbərliyi Quba rayonunda vətəndaş qəbulu keçirəcək.
ShimalNews xəbər verir ki, “Açıq mikrofon” aksiyası 23 sentyabr saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüşdə Quba və Qusar sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşlar aksiyanın imkanlarından yararlanaraq, onları narahat edən məsələləri və təkliflərini söyləyə bilərlər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-93-21; 023-335-35-43) müraciət edə bilərlər.