İki min nəfərə yaxın sakinin yaşadığı Quba rayonunun Talabıqışlaq kəndi 3 gündür internetsiz qalıb.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, Quba Telekommunikasiya Qovşağı tərəfindən heç bir xəbərdarlıq edilmədən kəndə internetin verilişi dayandırılıb.
Səbəb kimi isə kəndə yeni internet xəttlərinin çəkildiyi göstərilir. Sakinlər isə bildirirlər ki, əvvəla yeni xidmətdən istifadə məcburi yox, kölünlü şəkildə olmalıdır. Digər tərəfdən isə əgər yeni yaradılan xidmətə keçid məcburidirsə, onlardan növbəti ayın ödənişi hansı səbəbdən alınıb? Ən əsası isə əvvəlcədən onlara məlumat verilməyib.