Aprelin 16-da şimal bölgəsində baş verən təbii fəlakətin nəticələri Qubada hələ də aradan qaldırılmayıb.
Bizim.Media-nın məlumatına görə, ətraf kəndlərə enerji verilişi bərpa olunsa da Girdah və Ördüc kənd sakinləri 2-ci aydır qaranlıqda yaşayırlar.
Quba FHK-nın sədri, icra başçısının 1-ci müavini Tariyel İbrahimov mövzu ilə bağlı bildirib ki, təbii fəlakət ən çox enerji sisteminə ziyan vurub:
“Rayonda 80-dan çox kənd işıqsız idi, indi cəmi iki kənd işıqsız qalıb”.
Onun sözlərinə görə, dağlıq Girdah və Ördüc kəndlərinə də bu gün işığın verilişi bərpa olunacaq.