Quba şəhərində əhali çirkli su ilə təmin olunur.
İllərdir Quba şəhərində krandan gələn palçıqlı su ilə bağlı problem həll edilmir.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər xahiş ediblər ki, bu problemi aidiyyəti qurumların diqqətinə çatdırılmasında köməklik göstərilsin.
“Mart, aprel, may, iyun aylarında vəziyyət adətən belə olur. Su fasilələrlə verilir, axşam saat 7-8 arası kəsilir, səhər 7-8 arası isə gəlir. Xətdə suyun təzyiqi də çox zəifdir, 5 mərtəbəli binanın sakinləri əziyyət çəkir”, - deyə sakinlər bildirib.
Məsələ ilə bağlı “Azərsu” ASC-yə redaksiyamız sorğu göndərib, açıqlama gözlənilir.