top
Quba sakinlərinin 24 günlük zülmət həyatı
10 may 2025, 13:24
- +

Quba sakinlərinin 24 günlük zülmət həyatı

Qubanın təxminən 20 kəndi düz 24 gündür ki, işıqsız qalıb.

Aprelin 16-da yağan leysan xarakterli yağış və onun nəticəsində baş verən sel fəlakəti elektrik infrastrukturuna ziyan vurdu. Amma fəlakətdən 3 həftə keçməsinə baxmayaraq, nə Quba Rayon İcra Hakimiyyəti, nə də “Azərişıq” ASC ciddi bir addım atmayıb. Bu müddətdə hər iki qurumun bəhanələri bir-birini təkrar edir: “Yollar yararsızdır, əraziyə daxil olmaq mümkün deyil”.

Bu, sadəcə absurd bir bəhanədir. Çünki eyni yollarla bölgədə yaşayan və çətinlik içində qalan insanlar hər gün hərəkət edir, mal-qarasına yem aparır, məktəbə gedir, xəstəsini xəstəxanaya çatdırır. Bəs görəsən, texnikası, maddi-texniki imkanları və insan resursu olan dövlət qurumları həmin yollardan niyə keçə bilmir?

Əgər vəziyyət həqiqətən də bu qədər çətindirsə, nə üçün fövqəladə rejim elan edilmir? Nə üçün bu ərazilərə FHN cəlb edilmir? Nə üçün “Azərişıq” helikopter və ya alternativ texniki imkanlardan istifadə etmir? Sual çoxdur, cavab isə yox.

İşıqsız qalan kəndlərdə təkcə gecələr qaranlıq deyil – insanların ümidləri də qaralıb. Təsəvvür edin: məktəblərdə dərslər çətinliklə keçirilir, kənd camaatı soyuducusuz qalıb, telefonlar şarj olunmur, xəstə və yaşlı insanlar üçün zəruri olan elektriklə işləyən cihazlar işləmir. Bütün bunlar XXI əsrdə Bakıya 200 kilometr məsafədə baş verir.

İcra Hakimiyyətinin “vətəndaş məmnunluğu” siyasəti haradadır?! “Azərişıq”ın “operativ reaksiya” və “müasir yanaşma” prinsipləri hanı?!

 

Akif Rza

 

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər