Qubanın Alekseyevka və Nərimanabad kəndlərində içməli su qıtlığı var.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, artıq 1 aydan çoxdur ki, bir çox ünvan həyat mənbəyi olan su ilə təmin olunmur. Bəzi ailələr isə bu problemin qış aylarından başladığını deyir.
“5 ton suyu 25 manata alırıq. Su pulu yığan bələdiyyənin əməkdaşlarına dəfələrlə çətinlik barədə məlumat vermişik. Onlar isə bildiriblər ki, artezian əvvəlki kimi işləyir, yəqin su xətlərdə zədələr var. Kənd məhəllələrinin birində 30 manatdan pul yığdılar, xətləri yenilədilər və yenə heç bir nəticə olmadı. Pulla suyu ala bilməyən ailələr var, onlar zülm çəkir, vedrələrlə su daşıyırlar”, - deyə vətəndaşlar şikayət edir.
Məslə ilə bağlı redaksiyamızdan müvafiq quruma sorğu ünvanlanıb. Qarşı tərəfin mövqeyi cavablandığı zaman ictimayətə çatdırılacaq.