Quba rayonunun Möhüc kəndində içməli su problemi kənd sakinlərini ciddi şəkildə narahat edir.
Shimal.News-a müraciət edən kənd sakinlərinin bildirdiyinə görə, uzun illərdir davam edən bu çətinlik nəticəsində əhali suyu at, eşşək və avtomobillərlə uzaq ərazilərdən daşımalı olur.
Sakinlər qeyd edirlər ki, əvvəlki illərdə dövlət tərəfindən layihə çərçivəsində kənddə su anbarları tikilib, hər 200 metrdən bir kranlar quraşdırılıb. Su təchizatı bir müddət təmin olunsa da, artıq 1 ildən çoxdur ki, kənddə içməli su yoxdur.
Vətəndaşlar problemin tezliklə həll olunmasını tələb edirlər.