Mərkəzi Seçki Komissiyasının (MSK) 117 saylı Oğuz-Qəbələ-Şəki, 60 saylı Quba-Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 76 saylı Lənkəran-Masallı, 108 saylı Ağstafa, 44 saylı Sumqayıt 3-cü seçki dairəsinin dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Shimal.News xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qurumun sədr müavini Rövzət Qasımov, katiblər Arifə Muxtarova və Mikayıl Rəhimov müvafiq qərarları təqdim ediblər.
Qərarlar ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.