Ölkənin bəzi bölgələrində sakinlər içməli su çatışmazlığından əziyyət çəkərkən, Quba şəhərində bunun tam əksi müşahidə olunur.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlər bildiriblər ki, şəhərin Heydər Əliyev prospekti 180 ünvanında su borusu partlayıb.
“Təxminən iki həftədir boru partlayıb və içməli su boş yerə axır. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, nə gələn var, nə də maraqlanan. Bu axan su çirkli deyil, içməli sudur. Niyə boş yerə israf olunmalıdır?!”, - deyə sakinlərdən biri narahatlığını dilə gətirib.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların təcili tədbir görməsini istəyirlər.