Şimal bölgəsində ənənəvi olaraq quşçuluq məhsullarının qiymətləri araşdırılıb. Bu barədə ShimalNews 17 dekabr tarixində məlumat verir.
Bazarda ötən həftədən başlayaraq müşahidələr aparılır: toyuqlar və xoruzlar 7-15 manat, hind toyuğu 30-35 manat, qaz 20-30 manat aralığında satılır. Ötən ilin cari ayı ilə müqayisədə qiymətlər eynidir.
Eləcə də ənənəyə uyğun kənd yumurtası 15-20 qəpikdən 50 qəpiyə kimi bahalaşıb.
Mütəxəssislərin sözlərinə görə, qış aylarında işıqlandırmaya və qidalanmaya daha çox xərc tələb olunur. Bahalaşma bu səbəbdən baş verir.