Oktyabrın 19-u Bakı şəhərində keçirilən “Payız möcüzələri” adlı gimnastika yarışında Qubalı gimnast Mehriban Yusifova I yerə layiq görülüb. Bu uğurla Mehriban artıq 6-cı qızıl medalının sahibi olub.
Shimal.News-un məlumatına görə, Mehriban 2019-cu il oktyabrın 1-də Quba şəhərində anadan olub və hazırda Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alır.
O, 3 yaşından bəri gimnastika ilə məşğuldur. Mehribanın məşqçisi Xəyalə Qasımbəyidir.
Onu da qeyd edək ki, gənc istedad bu ilin aprel ayında Türkiyədə keçirilən 23 Aprel Uşaq Festivalında da Azərbaycanı və Qubamızı uğurla təmsil edib.