Zaqatala şəhərində yol-nəqliyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, qəza noyabrın 16-sı axşam saatlarında, Azərbaycan prospektində baş verib.
Balakən rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı avtomobil aşıb. Xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, burada qəzalar tez-tez baş verir:
“Bəzi sürücülər Balakənin qapısından ayaqlarını qoyurlar qaza və Azpetrola qədər yüksək sürətlə hərəkət edirlər”.
[video width="1080" height="1920" mp4="https://shimal.news/storage/photos/2025/11/REALS-Shimal-Zaqatalada-07-asdi.mp4"][/video]