Şabranda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 29-u günorta saatlarında baş verib.
“JAC” markalı məişət tullantılarını daşıyan avtomobil və “Lada” markalı maşın toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Bildirilib ki, xəsarət alan olmayıb.