Qusar şəhərində abadlıq və infrastrukturun yenilənməsi istiqamətində görülən işlər davam etdirilir.
Shimal.News xəbər verir ki, şəhərin Əhməd Cavad küçəsində yeni asfalt örtüyü salınıb.
Layihə çərçivəsində küçənin ümumilikdə 4422 kvadratmetr ərazisi müasir standartlara uyğun şəkildə asfalt qatı ilə örtülüb. Görülən işlər şəhərin ümumi simasının yenilənməsinə və nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.