Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtomobil saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, "Opel" markalı 38-BK-184 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Avtoxuliqanlıq edən 16 yaşlı sürücü valideyni ilə birlikdə Polis Şöbəsinə dəvət olunub. Onlarla profilaktiki söhbətlər aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Hər iki şəxsin barəsində qanunamüvafiq tədbir görülüb.