Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, qəza Qusar–Şahdağ avtomobil yolunda qeydə alınıb.
"Renault" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü E. Əsgərov, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü A. Cəfərzadə, Ucar rayon sakini, 2004-cü il təvəllüdlü R. Hüseynov, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü N. Məmmədov və Qusar rayon sakini, 1994-cü il təvəllüdlü N. Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.