Qubada toy karvanında lentə alınan görüntülər müzakirəyə səbəb olub.
Shimal.News xəbər verir ki, jurnalist Dəyanət Babayev paylaşımında avtoxuliqanlığın yer aldığını yazıb.
Avtomobillərin birində olan şəxsin isə yola pul səpməsi də diqqət çəkib. Bununla bağlı son günlər Qubada saxta pullarla bu cür videoların çəkilməsinin dəbdə olduğu iddia edilir.
Hazırda toy karvanlarında qayda pozulmalarına qarşı maarifləndirmə işləri görülür. Bununla belə, 4 gün əvvəl toy karvanında baş verən ağır qəza 23 yaşlı oğlanın ölümünə səbəb olub.