Quba şəhərinin mərkəzi küçələrinin birində dörd gündür ətrafı basan suya çarə tapılmır.
Bu barədə Shimal.News-a sakinlər məlumat veriblər. Onlar bildirirlər ki, M.F.Axundov küçəsi ilə Rəşad Quliyev küçələrinin kəsişməsində, asfaltın altında boru zədələnib və su yola axır. Onun içməli su yaxud kanalizasiya xətti olduğu bilinmir. Çünki hər iki xətt eyni yerdən keçir. Ətrafa isə bəzən xoşagəlməz qoxu yayılır.
Artıq dörd gündür eyni vəziyyət davam edir və sakinlərdə narahatlıq hissi doğurur. Çirkab suların içməli su ilə qarışdığı ehtimal edilir.
Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və bələdiyyə nümayəndəliklərinə ünvanlanan müraciətlər nəticə verməyib.
Посмотреть эту публикацию в Instagram
[caption id="attachment_68257" align="alignnone" width="640"]
Shimal.News[/caption]