Qubada antisanitar vəziyyət müşahidə olunur.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildiriblər ki, bir neçə aydır Qəbələ küçəsində (“Mediaz” klinikasının önündə) kanalizasiya suları yola axıdılır.
“Bu iy-qoxuya dözmək olmur. Su idarəsi deyir ki, icra hakimiyyətinin əməkdaşları asfaltı qazıb lüku açmağa icazə vermirlər. Buna görə də problemi aradan qaldırmaq mümkün deyil”, – deyə sakinlər bildiriblər.
Onlar qeyd ediblər ki, ekoloji cəhətdən ağır vəziyyətə düşüblər, məsul qurumlar isə problemi həll etmək əvəzinə məsuliyyətdən yayınmağa çalışırlar.