Quba rayonunun Caqacuq kəndi yaxınlığında 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Hindistan vətəndaşı Mansur Xanı avtomobil vurub.
Yaralı ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda fakt araşdırılır.