Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, hadisə Bunud kəndi ərazisində baş verib.
İslam İsbəndiyarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçən 59 yaşlı Elmira Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.