İsmayıllıda ölümlə nəticələnən qəza baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə bu gün saat 08:20 radələrində Bakı-İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.
“Toyota Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dərəyə aşaraq yararsız hala düşüb.
Şahidlərin sözlərinə görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Onlardan 1 nəfər həyatını itirib, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
View this post on Instagram