Qusarın Atlıxan kənd sakinləri kənddaxili yolların təmirsiz olmasından narazıdırlar.
Bizim.Media-nın məlumatına görə, sakinlər, həmçinin əkin sahələrinə gedən ara yolların açılması, suvarma suyunun çatışmazlığı, elektrik enerjisinin verilişində problemlər və kənddə tibb məntəqəsinin olmaması kimi məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.
İcra başçısı səslənən problemlərlə bağlı aidiyyəti qurumların rəsmilərinə tapşırıq verib.