Bazar ertəsi Zaqatala şəhərinin bir hissəsində qaz olmayacaq.
Shimal.News məlumat verir ki, 21.07.2025-ci il tarixdə saat 09:30-dan etibarən təmir işləri aparılacaq.
Vaqif küçəsi 1 ünvanında mövcud qaz sayğaclarının giriş hissəsindəki yivli birləşmələr ləğv edilərək əymə borularla əvəz ediləcək.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.