Xaçmaz şəhərində içməli su istifadəyə yararsız vəziyyətə düşüb.
Bu barədə Shimal.News-a məlumat verən sakinlər bildirirlər ki, Xaçmaz şəhərinin bütün ərazilərində içməli su bulanıq gəlir:
"Artıq 2-ci gündür ki, kranlardan palçıqlı su gəlir. Yağışdan sonra belə olub. İmkanı olanlar marketlərdən içməli su alırlar. Digər insanlar isə, şəhər ərazisində müxtəlif bulaqlara üz tuturlar. Burada da onları böyük növbələr gözləyir. Əsasən Zəfər parkından su gətiririk. Parkın da işıqlarını söndürürlər, qaranlıqda su daşıyırıq. Zülmdə qalmışıq", - deyə sakinlər qeyd edib.